İran və ABŞ arasında tanker vurulması qalmaqalından sonra daha da gərginləşən vəziyyət bu gün pik həddə çatıb.

BAKU.WS xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Fars körfəzində İran sərhədlərini pozduğu iddiası ilə ABŞ-a məxsus “MQ-4C Triton” tipli kəşfiyyatçı funksiyalı pilotsuz uçan aparatını (PUA) vurduğunu açıqlayıb.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) isə hərbi dronun İran sərhədlərini pozmadığını bildirib. ABŞ rəsmiləri dronun Hörmüz boğazında beynəlxalq hava məkanında vurulduğunu söyləyir.

Bu hadisədən sonra neftin qiyməti yüksəlib.

Qeyd edək ki, ötən həftə Oman körfəzində iki tankerin vurulmasına görə ABŞ İranı ittiham etmişdi.

Fərid ƏDALƏT
BAKU.WS