SİZİN REKLAM BURADA!
055 213 76 73


Almaniya polisinin təqdim etdiyi statistik məlumatlara əsasən burada 2018-ci ildə məişət zorakılığı qurbanlarının təxminən 18 faizi kişilər olub.

BAKU.WS
xəbər verir ki, bu səbəbdən ölkədə kişilərin məişət zorakılığından müdafiə proqramı hazırlanıb.

Proqrama əsasən, əvvəlcə zorakılıq qurbanları üçün qaynar xətt və onlayn məsləhət xətti açılacaq.

Daha sonra sığınacaqların və məsləhət mərkəzlərinin açılması nəzərdə tutulur. Bu proqramın gələcəkdə Almaniyanın bütün federal torpaqlarında qüvvəyə minəcəyi gözlənilir.

Aysel
BAKU.WS