SİZİN REKLAM BURADA!
055 213 76 73


Amiotrofik lateral sklerozdan əziyyət çəkən niderlandlı futbolçu Fernando Riksen iyunun 28-də öləcək.

BAKU.WS
xəbər verir ki, Riksen həmin tarixdə evtanaziya (sağalmaz xəstəlikdən əziyyət çəkən insanının öz razılığı ilə həyatdan məhrum edilməsidir) ediləcək.

Bir neçə ildir şiddətli ağrılardan əziyyət çəkən Fernando artıq müstəqil şəkildə hərəkət edə və danışa bilmir.

Riksen evtanaziya ediləcəyi gün canlı yayım edərək hər kəslə vidalaşacağını deyib: 

"28 iyun mənim üçün xüsusi gündür. Bu, mənim son gecəm olacaq. Gəlin bu gecəni unudulmaz edək."

Qeyd edək ki, Hollandiya millisinin keçmiş üzvü olan Riksen "Fortuna Sittard", "AZ Alkmaar", "Qlazqo Reyncers" və "Zenit" klublarında oynayıb.

Zülfiyyə Qurbanova
BAKU.WS