SİZİN REKLAM BURADA!
055 213 76 73


"Miss Moskva-2015" Oksana Voyevodina keçmiş Malayziya kralı V Məhəmməd Farisdən dünyaya gətirdiyi oğlunun fotosunu paylaşıb.

BAKU.WS
xəbər verir ki, o, şəkli öz "İnstagram" səhifəsində paylaşıb.

"Bizim həyatımız bu dünyaya sevgi bəxş etmək və sevilmək üçün gələn bu balaca insanın gəlişindən sonra dəyişdi", - yazan gənc ana əlavə edib ki, ailə və uşaq onun həyatının mənasına çevrilib.

Qeyd edək ki, körpə mayın 21-də doğulub.

Xatırladaq ki, Moskva gözəli 2018-ci ilin noyabrında Malayziya kralı ilə ailə həyatı qurub. O islam dinini qəbul edib və adını dəyişərək Rihanna Petra edib. Həyat yoldaşı bu ilin yanvar ayında Kelantan sultanı titulunu saxlamaq şərtilə taxtdan imtina edib. Bu Malayziya tarixində ilk hadisədir ki, kral vaxtından əvvəl idarəetmədən imtina edir. Onun səlahiyyətləri 2021-ci ilə qədər idi.

Aysel
BAKU.WS
QALEREYA