SİZİN REKLAM BURADA!
055 213 76 73


"Avropa İttifaqı sığınacaq üçün müraciət edən şəxslərin sayının artması ilə əlaqədar Qərbi Balkan və Latın Amerikası ölkələri ilə vizasız rejimi dayandıra bilər".

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının Daxili İşlər və Miqrasiya Məsələləri üzrə komissarı Dimitris Avramopulos “Funke” qəzetinə müsahibəsində bildirib:

“Vətəndaşları Avropa İttifaqına vizasız daxil olmaq hüququna malik olan ölkələrə müraciətimiz birmənalıdır: sizin öhdəliyiniz bu imtiyazı qoruyub saxlamaqdır”.

Qeyd edək ki, Avropa İttifaqında sığınacaq almaq üçün müraciət edən Venesuela vətəndaşlarının sayı 2018-ci ilin anoloji dövrü ilə müqayisədə 121 faiz artaraq 14 257 nəfərə, Kolumbiyadan 156 faiz artaraq 8097 nəfərə, Albaniyadan 30 faiz artaraq 7138 nəfərə çatıb. 

Ümumilikdə isə hazırda Avropa İttifaqı ölkələrində sığınacaq almaq istəyən şəxslərin sayı 2014-cü il, yəni miqrasiya böhranına qədər olan səviyyəyə düşüb.
BAKU.WS