VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Apple” şirkətinin Baş icraçı direktoru Tim Kuk Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşüb.

BAKU.WS DHA-ya istinadən xəbər verir ki, görüşdə ABŞ və Çin arasındakı ticarət gərginliyi müzakirə edilib.

Görüşün detalları barədə isə məlumat verilməyib.

Qeyd edək ki, ABŞ - Çin “ticarət müharibəsi”nin gedişində Çinin “Huawei” şirkəti “qara siyahı”ya salınıb. Sanksiyaya “Google”, “Facebook” kimi şirkətlər də qoşulub.
BAKU.WS