SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyada keçiriləcək beynəlxalq “Armiya-2019” hərbi-texniki forumunda modernləşdirilmiş və piyadaların döyüş maşınının (PDM-3) şassisində “Sosna” zenit-raket kompleksi nümayiş etdiriləcək.

BAKU.WS
Virtualaz.org-a istinadən xəbər verir ki, sözügedən ZRK təyyarələrin və vertolyotların hücumlarının qarşısının alınması, qanadlı raketlərin, yerə istiqamətlənmiş aviabombaların, pilotsuz uçuş aparatlarının məhv edilməsi və yerüstü yüngül zirehli texnikanın sıradan çıxarılması üçün nəzərdə tutulub.

Onun yüksək dəqiqlikli raketləri lazer şüası ilə hədəfə yönəldilir, silahı isə çoxkanallı avtomatik optik-elektron sistem idarə edir. Ən yeni idarə olunan “Sosna” ZRK-nın əsas üstünlüyü universallığıdır.

“Sistem həm gündüz, həm gecə, həm də əlverişsiz hava şəraitində işləyir”, - bunu “Nudelman adına dəqiq maşınqayırma konstruktor bürosu”nun texniki direktorunun müavini Vladimir Ukleyev deyib.

On iki nəqliyyat-atəş konteyneri praktiki olaraq istənilən şassi üzərində yerləşdirilə bilər - bu sıraya həm təkərli, həm də tırtıllı hərbi texnika aiddir.


Maşını idarə etmək və hava, yerüstü və hətta dəniz hədəflərinə atəşi həyata keçirmək üçün cəmi iki adam tələb olunur: sürücü-mexanik və operator.

Nəqliyyat-atəş konteynerlərinin qalxma bucağı imkan verir ki, 5 və 10 kilometrə qədər məsafədə uçan hədəfləri aşkarlasın və vursun.

“Maşının ən cəlbedici xüsusiyyəti radiocihazlar üçün görünməz olmasıdır. Hədəfin aşkarlanması və nişanalma optik diapazonda aparılır, buna görə də, düşmən bu maşını görə bilmir”, - Ukleyev deyir.

Modernləşdirilmiş “Sosna” ZRK-nın artıq bu il Rusiya ordusunun ixtiyarına veriləcəyi gözlənilir.
BAKU.WS