SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünən yerli vaxtla saat 20.05-də Ukraynanın Lvov şəhərində 44 yaşlı Azərbaycan vətəndaşı qəza törədib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Lvov Vilayət Dövlət Administrasiyası məlumat yayıb.

Qorskoy, 5 ünvanında azərbaycanlı sürücü "Mersedes-Benz" markalı avtomobillə piyadanı vurub. Qəza nəticəsində ağır travma alan 77 yaşlı qadın hadisə yerinə ölüb.

Hüquq-mühafizə orqanlarından "Ukraїnskі Novini" nəşrinə verilən məlumata görə, ölən qadın Lvovun "Karpat" komandasının əfsanəvi futbolçusu Boris Rassıxinin həyat yoldaşı, "Olimp-L" uşaq-gənclər idman məktəbinin direktoru, gimnastika üzrə beynəlxalq hakim Lyubov Rassıxinadır.
BAKU.WS