SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünyanın ən böyük kinematoqrafiya saytlarından biri olan “Internet Movie Database”in (IMDB) istifadəçiləri “Çernobıl” serialını tarixdə ən populyar teleşou adlandırıblar.  Amerikanın məşhur HBO telekanalı tərəfindən nümayiş edilmiş beş epizoddan ibarət bu qısa serialın hətta son dövrlərin nəhəngi sayılan “Taxt-Tac Oyunları”nı arxada qoyduğu bildirilir. Lakin serialın yüksək populyarlığını daha əyani şəkildə Çernobıl təcrid zonasına səfərlər təşkil edən Ukrayna şirkətləri hiss edir. Son günlərdə Çernobıl və Pripyat şəhərlərinə turist axınının əhəmiyyətli dərəcədə artığı müşahidə edilir. Bölgəyə ABŞ, Yeni Zelandiya, Avropa və Asiya ölkələrindən qonaqlar gəlməyə başlayıb. 

BAKU.WS
sputnik.az-a istinadən xəbər verir ki, adıçəkilən serialın nümayişindən sonra Çernobıl təcrid zonasına artan maraqdan və turist axınından RİA Novosti yazıb.

Çernobıl zonasının ən məşhur “sakini” Semyon adlı tülküdür. “Blogger” kimi tanınan bu tülkü insanlardan qorxmur və onlardan yemək də götürməyə hazırdır.

Məşhur yerli “blogger”

Çernobıl zonasının ən məşhur “sakini” Semyon adlı tülküdür. “Blogger” kimi tanınan bu tülkü insanlardan qorxmur və onlardan yemək də götürməyə hazırdır. Semyonun “blogger” adlandarılmasına isə səbəb onun adına Facebook sosial şəbəkəsində səhifənin olmasıdır (https://www.facebook.com/fox.Semion/). Səhifəni idarə edənlər Semyonun adından onun başına gələn hadisələrdən yazırlar.  “Turistlər mənə buterbrod əvəzinə “iPhone” atdılar. Çox fikirləşdim. Çalışdım onu dişləyim – çox bərk və dadsızdır. Elə onu gəmirərkən təsadüfən Facebook-da səhifə yaratdım. Bundan sonra məşhur blogger olacam”, - deyə tülkü “yazıb”. Semyonun səhifəsini 3 mindən çox istifadəçi oxuyur.
“Çernobıl”ın son seriyası bir neçə gün əvvəl nümayiş etdirilib və buna görə əsl turist axınının bir qədər sonra başlayacağı düşünülür. Lakin artıq indi də müxtəlif ölkələrdən bura çoxsaylı qonaqlar gəlir.


Fransanın XİN başçısı əraziyə gəlib

“Çernobıl”ın son seriyası bir neçə gün əvvəl nümayiş etdirilib və buna görə əsl turist axınının bir qədər sonra başlayacağı düşünülür. Lakin artıq indi də müxtəlif ölkələrdən bura çoxsaylı qonaqlar gəlir. 

İyunun 1-də isə təcrid zonasına Fransa Xarici İşlər naziri Jan-İv Le Drian baş çəkib. Onun Çernobıl AES-in reabilitasiyası və təhlükəsizliyinin təmin edilməsi üzrə layihənin hazırkı vəziyyəti ilə yaxından tanış olmaq üçün gəldiyi bildirilirdi. 

“Nazir Jan-İv Le Drian qoruyucu tağın tikintisinin başa çatması ilə əlaqədar Çernobıla səfər edib. Groupe Bouygues və VINCI şirkətlərinin tətbiq etdiyi unikal fransız mühəndislik həlləri sayəsində qoruyucu tağ artıq dağılmış reaktoru örtür”, - deyə Fransanın Ukraynadakı səfiri İzabel Dyumon “Twitter” sosial şəbəkəsində yazıb.


Turist axını artır


Yerli turizm şirkətlərinin nümayəndələri deyir ki, mayda turist axını və yay ekskursiyalarına tələbat keçən ilə nisbətən 30-40% artıb. 
Turistlərin marağını Çernobıl AES-in yaxınlığında tikilmiş “Duqa” radiolokasiya stansiyası da cəlb edir. “Duqa” RLS-i sovet dövründə tikilib və qitələrarası ballistik raketlərin aşkar olunması üçün nəzərdə tutulub.


Yalnız AES yox...

Turistlərin marağını Çernobıl AES-in yaxınlığında tikilmiş “Duqa” radiolokasiya stansiyası da cəlb edir. “Duqa” RLS-i sovet dövründə tikilib və qitələrarası ballistik raketlərin aşkar olunması üçün nəzərdə tutulub. 


Bura gələn qonaqlar, həmçinin qaz əleyhinə maskaları və bir vaxtlar insanla dolu şəhərin indiki vəziyyətinin şəkillərini çəkirlər.


Camaatı qorxutdular

“Bu filmlə camaatı qorxutmağa nail oldular. Filmdə az həqiqət var və görünür göstərmək istədikləri həmin qorxu və dəhşəti həqiqətən də göstərmək lazım imiş. Çünki dünya atom bombasının, tək bir AES blokunun partlamasının nə olduğunu təsəvvür edə bilmir. Yaxınlıqda energetiklərin şəhəri olan Pripyat var idi. İndi ora daxil olanda adamı dəhşət bürüyür, çünki tikanlı məftil arxasında boş və ölü şəhəri görürsən. Stansiya partlasaydı bu bütün Avropanın başına gələ bilərdi. Bu film bunun necə bir qəza olduğuna dair təsəvvür yaradacaq”. - Bu sözləri Sputnik radiosu ilə söhbətində Çernobıl AES-ində fəlakətin nəticələrinin aradan qaldırılmasında iştirak etmiş Lev Boçarov deyib.


İnsanlardan 20 il sonra... 

Çernobıl və Pripyat arasında yerləşən Kopaçi kəndi qəzanın nəticələrinin aradan qaldırılması zamanı dağıdılıb. Kənddə radiasiyanın səviyyəsi elə yüksək imiş ki, oradakı tikintiləri dağıdaraq torpaqla örtüblər. Burada sökülməmiş uşaq bağçasının binasını 2008-ci ilin “İnsanlardan Sonra Həyat” filmində də görmək olar. Filmdə bu bina bəşəriyyətin yox olmasından 20 il sonra təbiətin şəhərə necə təsir etdiyinin nümunəsi kimi göstərilir. Turistlər tərk edilmiş Pripyat şəhərinin portuna da baş çəkərək orada selfilər çəkirlər. Ətrafda isə gur yaşıllığın olduğu müşahidə edilir.   


Rusiyadan “Çernobıl”a cavab

Yeri gəlmişkən, Rusiyada “Çernobıl” seriyalına tammetrajli cavab hazırlayırlar. Teatr və kino aktyoru, kinorejissor, ssenarist və prodüser Danila Kozlovskinin qəzanın nəticələrinin aradan qaldırılmasına həsr olunmuş “Təhlükəli Su” adlı film çəkdiyi bildirilir.

                     
Təhlükəsizlik vacibdir 

Təcrid zonasına səfər edənlər təhlükəsizliyi yaddan çıxarmırlar. Əraziyə dozimetrlə gəlmək vacibdir. Ekskursiyalardan sonra qonaqlar nəzarət-buraxılış məntəqələrində radioloji yoxlamadan keçirlər.


Rusiya vətəndaşları üçün giriş bağlıdır   

Qəza zonasına gələnlər arasında Rusiya vətəndaşları yoxdur. Çünki Ukraynanın Təhlükəsizlik Xidməti rusiyalı turistlərin əraziyə girişinə qadağa qoyub. Amma əvəzində Belarusda yaradılmış təcrid zonasına giriş sərbəstdir. Ərazi bu yaxınlarda turist səfərləri üçün açıq elan edilib.

Qeyd edək ki, Çernobıl AES-ində qəza 26 aprel 1986-cı ildə dördüncü blokun partlaması nəticəsində baş vermişdi. Partlayış nəticəsində Ukraynanın 12 bölgəsində radiasiya çirklənməsinin ümumi ərazisi 50 min kvadrat kilometr təşkil edib. Belarusda isə bu göstərici təxminən 46,5 min kvadrat kilometr olub. Radiasiyadan, həmçinin Rusiyanın ümumi ərazisi 60 min kvadrat kilometr və əhalisi 2,6 milyon olan 19 bölgəsi zərər çəkib.
BAKU.WS