SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukrayna prezidenti Vladimir Zelenski 15 vilayət administrasiyası rəhbərini işdən azad edib.

BAKU.WS-in məlumatına görə, bu barədə Ukrayna Prezident Administrasiyası rəhbərinin müavini Ruslan Ryaboşapka jurnalistlər üçün keçirdiyi mətbuat konfransında açıqlama verib.

Onun sözlərinə görə, Çerniqov, Xmelnitski, Xerson, Ternopol, Sumı, Poltava, Odessa, Nikolayevskaya, Lvov, Kirovoqrad, Kiyev, İvano-Frankovsk, Zaporijye, Zakarpatye və Volın vilayətlərinin qubernatorları prezidentin müvafiq sərəncamı ilə işdən azad edilib.
BAKU.WS