SİZİN REKLAM BURADA!
055 213 76 73


Filippin prezidenti Rodriqo Dutertenin Tokio sakinləri qarşısında çıxışı bütün dünyaya səs salıb.

BAKU.WS
newsru.com-a istinadən xəbər verir ki, Duterte subay vaxtı mavi olduğunu etiraf edib:

"İlk həyat yoldaşım Elizabet Tsimmermanla evliliyədək mavi homoseksual olmuşam. Evlilik məni müalicə etdi". 

Duterte və Tsimmerman 30 il evli olublar. Onlar 2000-ci ildə boşanıblar. Filippin prezidenti hazırda Xonelet Avançenye ilə evlidir.

Xatırladaq ki, Filippin prezidenti 2016-cı ildə amerikalı səfiri "mavi və fahişə oğlu" adlandırmışdı. 2017-ci ildə isə bəyan etmişdi ki, onun ölkəsində yalnız əkscinslərin nikahı mümkündür. Daha sonra o, bu sözlərini geriyə götürərək eynicinslərin nikahını dəstəkləmişdi.

Aysel

BAKU.WS