VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün ABŞ Prezident Donald Trampın Böyük Britaniyaya 3 günlük səfəri başlayır.

BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Kraliça 2-ci Elizabetin dəvəti ilə səfərə yollanan Tramp Bukinqem Sarayında rəsmi mərasimlə qarşılanacaq.

O, bu gün kraliça, sabah isə Baş nazir Tereza Meylə görüşəcək. Trampın səfər çərçivəsində İngiltərənin vəliəhdi Çarlz, sabiq XİN rəhbəri Boris Consonla da görüşəcəyi gözlənilir.

Məlumata görə, Tramp səfər müddətində ABŞ prezidentlərinin ənənəsinin əksinə olaraq Bukinqem Sarayında deyil, ABŞ-ın Londondakı səfirinin iqamətgahında qalacaq.

Müxalifət partiyaları və Tramp əlehydarları səfər müddətində bir sıra aksiyalar keçirəcəklərini açqlayıb. Dövlət rəhbərlərinin səfəri zamanı at arabaları ilə təşkil edilən rəsmi keçid də təhlükəsizlik məqsədilə Trampın ziyarətində tətbiq olunmayacaq.

Qeyd edək ki, Trampın 2017-ci ildə də Britaniyaya səfəri gündəmə gəlmiş, lakin 250 minə yaxın ingiltərəli etirazçı ABŞ Prezidentinin əleyhinə aksiya keçirmişdi. Bundan başqa, səfərin baş tutmaması üçün həyata keçirilən imzatoplama aksiyasında 2 milyona yaxın imza toplanmışdı.

Fərid ƏDALƏT
BAKU.WS