SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ dövlət katibi Mayk Pompeo gözlənilməz açıqlama verib.

BAKU.WS xəbər verir ki, dünən İsveçrədə səfərdə olan Pompeo Xarici İşlər naziri İqnasio Kassislə görüşdən sonra mətbuata açıqlamasında İrana mesaj göndərib.

O, İranla şərtsiz danışıqlarına aparılmasına hazır olduqlarını açıqlayıb.

Pompeo qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp uzun müddətdir İranla danışıqlarda istəklidir.

Xatırladaq ki, son aylar ABŞ və İran arasında münasibətlər kəskinləşib. Rəsmi Vaşinqton bu ölkəyə iqtisadi sanksiyaları sərtləşdirdikdən sonra İran uranı zənginləşdirəcəyi ilə bağlı xəbərdarlıq edib.

ABŞ-ın İran İslam İnqilabını Mühafizə Korpusunu isə terror təşkilatları siyahısına daxil etməsindən sonra vəziyyət daha da gərginləşib. Buna cavab olaraq İran da ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığını terrorçu təşkilat elan edib.

Qeyd edək ki, İran Prezidenti Həsən Ruhani 2 gün öncə verdiyi açıqlamasında ABŞ-ın nəzakətli davranacağı təqdirdə, danışıqlar masası arxasına keçə biləcəklərini bildirmişdi.

Fərid Ədalət
BAKU.WS