SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya Prezidenti Vladimir Putin hava limanlarına xüsusi xidmətləri olan şəxsiyyətlərin adlarının verilməsi barədə sənəd imzalayıb.

BAKU.WS prezidentin rəsmi portalına istinadən xəbər verir ki, sənəddə yeri alan dahilərin adları ötən il keçirilən səsvermə nəticəsində müəyyənləşdirilib.

Qərara əsasən azərbaycanlı geoloq Fərman Salmanovun adı Surqut şəhər hava limanına verilib.

Qeyd edək ki, 2007-ci ildə vəfat etmiş Salmanov Fərman Qurban oğlu 60-cı illərin əvvəlində Sibirdə nəhəng neft və qaz yataqlarını kəşf etməklə sovet neft sənayesinin inkişafına xüsusi töhfə verib. Onun axtarışları nəticəsində 1962-ci ilin 15 noyabrında Qərbi-Surqut neft yatağı kəşf olunub.

O, Sosialist əməyi qəhrəmanı, geologiya-mineralogiya elmləri doktoru olub. 1987-1991-ci illər arası SSRİ Geologiya nazirinin birinci müavini vəzifəsini tutub.
BAKU.WS