VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İki gündür Ukraynanın qərbində hökm sürən qeyri-sabit hava şəraiti ölkədə fövqəladə vəziyyət yaradıb. 

BAKU.WS 
xəbər verir ki, Qasırğa ilə müşayiət olunan güclü yağışlar nəticəsində İvano-Frankovsk şəhərində 57 yaşlı kişi və 11 yaşlı oğlan ölüb.

Yerli KİV-in yazdığına görə, ən çox ziyan Zakarpatye, İvano-Frankovsk, Lvov, Xmelnitski və Çernovtsı vilayətlərinə dəyib. 

Sellə müşayiət olunan güclü yağış nəticəsində 10 minə yaxın ev, çoxsayda kənd təsərrüfatı və yüz kilometrlərlə yol su altında qalıb.

Fövqəladə hallar yaranan zaman təhlükəli zonalardan minə yaxın insan, 90-dan artıq avtomobil evakuasiya olunub.

Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, iyulun 28-də ölkənin əksər bölgələrində, o cümlədən paytaxt Kiyevdə qasırğa, dolu və tufan olacağı proqnozlaşdırılır.

Zülfiyyə Qurbanova
BAKU.WS
QALEREYA