ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti seçkilərində lider olan Vladimir Zelenskiyə zəng edib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Tramp Zelenskini qələbə münasibəti ilə təbrik edib.

Qeyd edək ki, Exit-poll-un nəticələrinə görə, Ukraynada prezident seçkilərinin ikinci turunu Vladimir Zelenski 73,2 faizlə qələbə ilə başa vurub. Hazırki prezident Petro Poroşenko isə seçicilərin səsinin 25,3 faizini qazanıb.

Vladimir Zelenski 1978-ci ildə Ukraynanın Krivoy Roq şəhərində dünyaya gəlib. Şoumen, komediya aktyoru, rejissor, prodüserdir. "Kvartal-95" studiyasının bədii rəhbəri və lideridir.


BAKU.WS