VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Nyu-York şəhərində 22 yaşlı tələbə faciəli şəkildə ölüb.

BAKU.WS
 New York Post-a istinadən xəbər verir ki, Sidni Monfris buraxılışa bir neçə həftə qalmış xatirə şəkli çəkdirmək üçün təhsil aldığı Fordem universitetinin hündürlüyü 12 metr olan qülləsinə çıxıb.


Sidni səhər tezdən dostları ilə birlikdə dar pilləkənlə qüllənin başına çıxıb. "İnstagram" hesabında paylaşmaq üçün selfi çəkərkən müvazinətini itirərək aşağı yıxılıb.

Gənc qız aldığı xəsarətlərdən xəstəxanada keçinib. 

Sidni Jurnalistika fakultəsinin tələbəsi idi. O, "InStyle" nəşrində təcrübə keçirdi.

BAKU.WS