SİZİN REKLAM BURADA!
055 213 76 73



ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) "xarici terrorçu təşkilat” kimi tanıyıb.

BAKU.WS-in məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.

“ABŞ Dövlət Departamentinin rəhbərliyi ilə atılan bu addımla nəinki İranın terrorizmin sponsoru olduğu, hətta SEPAH-ın terrorçuluq fəaliyyətlərində yaxından iştirak etdiyi, onu maliyyələşdirdiyi, dövlət səviyyəsində terrorçuluğu dəstəklədiyi təsbit olunur”, - o qeyd edib.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif isə buna qarşılıq olaraq prezident Həsən Ruhaniyə məktub yazaraq ABŞ hərbi qüvvələrinin adının Qərbi Asiya bölgəsində terrorçular siyahısına əlavə edilməsini istəyib.

Zərif ABŞ-ın bölgədə terror hərəkətlərini və insan hüquqlarını pozmasına qarşı addımlar haqqında" Qanunu rəhbər tutaraq bu ölkə ordusunun adını Qərbi Asiya bölgəsində terrorçular siyahısına salınmasını məqbul hesab edib.

BAKU.WS