SİZİN REKLAM BURADA!
055 213 76 73



ABŞ prezidenti Donald Tramp İsrailin Qolan yüksəklikləri üzərində suverenliyinin tanınması barədə sənəd imzalayıb.

BAKU.WS-in məlumatına görə, sənədin imzalanma mərasimi Ağ Evdə D.Trampın İsrailin baş naziri Binyamin Netanyahu ilə danışıqları çərçivəsində baş tutub.

Sənədin imzalanması və D.Trampla B.Netanyahunun jurnalistlər qarşısında çıxışını ABŞ telekanalları canlı yayımlayıblar.

B.Netaynyahu D.Trampın İsrailin Qolan yüksəklikləri üzərində suverenliyini tanımasını tarixi addım kimi dəyərləndirib.

BAKU.WS