SİZİN REKLAM BURADA!
055 213 76 73



Bazar ertəsi günü Hollandiyanın Utrext şəhərində bir kişi tramvayda açdığı atəşlə üç nəfəri öldürüb, beş nəfəri isə yaralayıb. Yaralılardan bir neçəsinin vəziyyəti ağırdır. Türkiyədə doğulmuş 37 yaşlı Gökmen Tanış hücumdan bir neçə saat sonra hadisə yerindən 3 km uzaqlıqda bir binada tapılıb.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, dünən yerli saatla 10:45-də şəhər tramvayında sərnişinlərdən biri anidən ayağa qalxıb və böyük bir silahla oturanlara atəş açmağa başlayıb.


Hollandiya hökuməti hücum edənin motivlərinin bəlli olmadığını deyir. Polis hücumun terror hadisəsi və ailə səbəbləri olduğunu istisna etmir. 

Gökmen Tanışın Türkiyənin Kayseri bölgəsində yaşayan atası Mehmet Tanış oğlu ilə 11 ildi danışmadığını bildirib.


37 yaşlı Gökmen Tanış yaşadığı Utrecht şəhərində sosiallaşmağı sevməyən biri kimi tanınır. Onu tanıyanların sözlərinə görə, Gökmen Tanış əvvəllər Rusiyanın Çeçenistan Respublikasında döyüşüb. Cihadçı qruplar, eləcə də özünü İslam Dövləti adlandıran hərbi qruplaşma ilə əlaqəsi olub. Hətta İŞİD-lə əlaqəsi olduğuna görə saxlanılıb və daha sonra sərbəst buraxılıb.

BAKU.WS