VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən



Efiopiyada Əddis-Əbebedən Nayrobi reysi ilə uçan "Ethiopian Airlines" aviaşirkətinə məxsus "Boeing 737" tipli sərnişin təyyarəsi qəzaya uğrayıb.

BAKU.WS
 xarici KİV-ə istinadən xəbər verir ki, qəzadan heç kim sağ çıxmayıb. 

Təyyarədə olan 149 sərnişin və 8 heyət üzvü olmaqla 157 nəfər ölüb.

Sərnişinlər arasında 35 müxtəlif ölkənin vətəndaşları olub. Onlardan 19-u BMT-nin əməkdaşı idi.

Qəzada ölən üç Slovakiya vətəndaşı bu ölkənin deputatı Antona Qrnkonun həyat yoldaşı, oğlu və qızı olub.

Sərnişinlər arasında yer alan İtaliya vətəndaşlarından biri də Siciliya əyalətinin naziri olub.

Qəzanın səbəbləri hələ məlum deyil.

Zülfiyyə Qurbanova
BAKU.WS