VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Türkiyə ermənilərinin patriarxı Mesrop Mutafyan İstanbulda dünyasını dəyişib.

BAKU.WS
 xəbər verir ki, İstanbulda yaşayan erməni patriax müalicə aldığı “Yedikule Surp Pırgiç” erməni xəstəxanasında ölüb.

Türkiyə prezidenti Recep Teyyib Ərdoğan öz "Twitter" hesabında erməni patriax, arxiyepiskop Mespon Mutafyanın ölümü ilə bağlı erməni dilində başsağlı verib:

Erməni dilində yazılan başsağlığında bildirilir: "Türkiyə ermənilərinin patriarxının vəfatından dərin hüzn hissi keçirdik. Bununla bağlı onun ailəsinə, doğmalarına və bizim erməni vətəndaşlara başsağlığı verirəm".

Anadolu agentliyinin yazdığına görə, Ərdoğan həmçinin Mutafyanın ölümü ilə bağlı Konstantinopol patriarxı səlahiyyətlərinin müvəqqəti icraçısı Aram Ateşyana zəng edərək başsağlığı verib.

Zülfiyyə Qurbanova
BAKU.WS