SİZİN REKLAM BURADA!
055 213 76 73



Tailandlı biznesmen 58 yaşlı Arnon Rodtonq sosial şəbəkədə bəyan edib ki, qızına ideal ər axtarır.

BAKU.WS
 xarici mediaya istinadən xəbər verir ki, 26 yaşlı qızı Karnsita ilə evlənəcək oğlanı seçmək üçün müsabiqə keçirəcəyini elan edib.

Biznesmen kürəkəni olacaq şəxsə 314 min dollar pul verəcəyini də yazıb.

Müsabiqənin hansı formada keçiriləcəyi açıqlamayan iş adamı bu qərara gəlməsini belə əsaslandırıb: “Əgər birinin gəlib qızımla evlənməsini gözləsəm, çox vaxt gedəcək. Ona görə də bəyin indidən gəlməsini istəyirəm”.

Karnsita isə atasının bu fikrindən məmmun olduğunu deyib: “Seçici deyiləm. Yanımda tədbirlərə aparıb foto çəkdirə biləcəyim birini axtarıram”.

Zəngin iş adamının sosial mediada paylaşımından sonra yüzlərlə kişi onun qızı ilə evlənmək üçün müraciət edib.

Aysel
BAKU.WS