SİZİN REKLAM BURADA!
055 213 76 73



İranda Ermənistan Baş naziri Nikol Paşinyanın Tehranda yerli ermənilərlə görüşü zamanı Qarabağın Ermənistana məxsus olmasına dair şüarlara etiraz edən 3 azərbaycanlı həbs edilib.

BAKU.WS-in məlumatına görə, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu deyən gənclər İran Təhlükəsizlik qüvvəliri tərəfindən Təbrizdə saxlanılıb. Belə ki, Sulduz şəhər sakinləri olan Ehsan İsmaildoxt, Mehdi Həmzeyi və Babək Siyami yerli ermənilərin qarabağa dair iddialarına ertiraz olaraq alnlarına "Qarabağ" yazaraq "Traxtur"- "Sepahan" oyununu izləmək üçün "Qurd Dərəsi" (Səhənd) stadionuna daxil olmaq istərkən İran təhlükəsizlik xidmətinin əməkdçşaları tərəfindən həbs edilib.

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyanın Tehrana səfəri və “Ararat” klubunda erməni icması ilə görüşü zamanı “Qarabağ Ermənistandır və Son” sözləri yazılmış plakatın qaldırılması güney azərbaycanlıların kəskin etirazına səbəb olub.

BAKU.WS