VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Rusiyada Ulan-Ude polis idarəsinin baş təhqiqatçısı 23 fevrala həsr olunmuş təntənəli tədbirə striptiz şou göstərən rəqqasə dəvət etdiyinə görə sistemdən kənarlaşdırılıb.

BAKU.WS
xəbər verir ki, bu barədə Buryatiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Yayılan videogörüntülərdə tədbirə dəvət olunan rəqqası yarıçılpaq vəziyyətdə erotik şou göstərir.

Görüntülər yayılandan sonra Buryatiya Daxili İşlər Nazirliyi xidməti araşdırma aparıb. Məlum olub ki, rəqqasənin çıxışını polis idarəsinin baş təhqiqatçısı təşkil edib.

Striptiz şounu təşkil edənin kimliyi bəlli olduqdan sonra onu daxili işlər orqanlarından xaric ediblər. Bundan əlavə, idarənin rəisinə, onun kadr məsələləri üzrə köməkçisinə, şöbə müdirinə və müavininə xəbərdarlıq olunub.

BAKU.WS