SİZİN REKLAM BURADA!
055 213 76 73



Moldova prezidenti İqor Dodonun korteji yenidən qəzaya düşüb.

İnsident prezidentin rayonların birinə səfəri zamanı baş verib. Qəza ilə bağlı Moldova liderinin şəxsi açıqlamasında deyilib: “Minik avtomobili qarşı zolağa çıxdı və məni müşayiət edən maşına çırpıldı”.

Dodon hazırda polisin qəzanın təfərrüatlarını araşdırdığını bildirib.

Xatırladaq ki, ötən ilin sentyabrında da Dodon qəzaya düşmüş, xəstəxanaya yerləşdirilmişdi. (Qafqazinfo.az)

BAKU.WS