SİZİN REKLAM BURADA!
055 213 76 73




ABŞ-ın Florida ştatında 11 yaşlı məktəbli ABŞ bayrağına hörmətsizlik etdiyinə görə həbs olunub.

BAKU.WS
 oxu.az-a istinadən xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.

Şagird məktəbdə nizam-intizam qaydalarını pozmaqda və həbs edilən zaman polisə müqavimət göstərməkdə ittiham olunur. O, cəza olaraq məktəbdən müvəqqəti xaric edilib.

Məlumata görə, adı açıqlanmayan həmin şagird ABŞ dövlət himni oxunan zaman ayağa qalxmaqdan və bayrağa hərbi salam verməkdən imtina edib.

Öz hərəkətinə bəraət qazandırmaq üçün bayrağın irqçilərə məxsus olduğunu, dövlət himnində isə afroamerikalıların təhqir edildiyini bildirib. Müəllimi buna cavabında “Xoşun gəlmirsə, ölkədən get”, - deyə bildirib.

Sonuncunun şagirddən məktəb rəhbərliyinə şikayət etməsindən sonra şagird müəllimi təhdid etməyə başlayıb. Nəticədə məktəb rəhbərliyi polis çağırmaq məcburiyyətində qalıb.

BAKU.WS