SİZİN REKLAM BURADA!
055 213 76 73



Avropanın aparıcı sərnişin təyyarəsi istehsalçısı “Airbus” şirkəti "A380” modellərinin istehsalını dayandıracaq.

BAKU.WS Fins.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin baş direktoru Tom Enders məlumat verib.

Onun sözlərinə görə, bu təyyarələrin istehsalı üçün heç bir əsas qalmayıb.

"Artıq “Emirates” aviaşirkəti "Airbus A380"lər üçün sifariş portfelini 162-dən 123-ə endirməyi planlaşdırır. Yaxın 2 il ərzində ərəblər 14 “Airbus A380” təyyarəsi təhvil alacaqlar", - deyə baş direktor qeyd edib.

2018-ci ilin noyabr ayına qədər “Airbus” 232 ədəd “A380” avialayneri istehsal edib. Onlar “Singapore Airlines”, “Air France”, “Lufthansa”, “British Airways” və “Qatar Airways” kimi 15 aviaşirkətin parkında istismar edilirlər.

“Airbus А380” seriya ilə istehsal edilən dünyada ən iri avialaynerdir. Onun hündürlüyü 24,08 metr, uzunluğu 72,75metr, qanadının uzunluğu 79,75 metr təşkil edir. Təyyarə üç sinif salona malikdir, bir dəfəyə 15 400 kilometr məsafədə uçuşlar həyata keçirə bilir.

BAKU.WS