SİZİN REKLAM BURADA!
055 213 76 73



Rusiya prezidenti Vladimir Putin Venesueala prezidenti Nikolas Maduroya telefon zəngi edib.

BAKU.WS Qafqazinfo.az-a istinadən xəbər verir ki, rusiyalı lider Venesuelanın qanuni prezidentinə dəstək olduğunu bildirib. Putin qeyd edib ki, Venesuelaya xarici destruktiv müdaxilələr beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır.

Maduro cavabında rusiyalı həmkarına minnətdarlığını bildirib. Telefon danışığı zamanı tərəflər müxtəlif sferalarda ikitərəfli əlaqələrin inkişafının davam etdirilməsi barədə razılığa gəliblər.

Qeyd edək ki, daha əvvəl Maduronun Rusiyadan sığınacaq istəməsi barədə xəbər yayılmışdı.

BAKU.WS