SİZİN REKLAM BURADA!
055 213 76 73



Ukrayna Mərkəzi Seçki Komissiyası (MSK) 2019-cu il martın 31-də keçiriləcək prezident seçkilərində daha iki nəfərin namizədliyini rəsmi qeydə alıb.

BAKU.WS
 xəbər verir ki, namizədlikləri qeydə alınanlardan biri Aleksandr Şevçenko, digəri isə azərbaycanlı Roman Nəsirovdur.

Roman Nəsirov namizədliyini müstəqil şəkildə irəli sürüb.

Qeyd edək ki, Ukraynada seçki kampaniyası dekabrın 31-də başlayıb. Prezident seçkilərinə artıq 12 namizədliyi qeydə alınıb.

Roman Nəsirov kimdir?

Roman Nəsirov 3 mart 1979-cu ildə anadan olub. Atası azərbaycanlı, anası yəhudidir. 

2000-ci ildə Çerniqov Dövlət iqtisadiyyat və İdarəetmə İnstitunu "maliyyə" ixtisası üzrə bitiib.

2001-ci ildə Taras Şevçenko adına Kiyev Milli Universitetinin hüquq ixtisasını bitirmişdir. Şərqi London Universitetinin maliyyə və beynəlxalq menecment üzrə MBA dərəcəsi vardır.

2005-ci ildə ABŞ Cantor Fitzgerald / BGC investisiya bankının London ofisində broker işə düzəlir. 2008‑ci ildə Ukraynaya qayıdır və Concorde Capital-ın qiymətli kağızlar istiqamətinə rəhbərlik edir. 2009-cu ildə "Renaissance" Kiyev filialına rəhbərlik edir.

2014-cü ildən Deputat seçilənə qədər "БТГ Пактуал Комодітіс (Україна)" MMC-nin direktoru olub.

2014-cü ildə Pyotr Poroşenkonun Bloku partiyasından VII çağırış Ukrayna Ali Radasının deputatı seçilib. Partiyanın seçki siyahısında 51-ci olub.

4 dekabr 2014-cü ildə Ali Radanın vergi və gömrük siyasəti komitəsinin sədri, 5 may 2015-ci ildə 67 namizəd arasından Ukrayna Dövlət Fiskal Xidmətinin rəhbəri vəzifəsinə seçilmişdi.

BAKU.WS