SİZİN REKLAM BURADA!
055 213 76 73



Rusiyanın iki “Su-34” qırıcı təyyarəsi toqquşub.

BAKU.WS  xəbər verir ki, hadisə yanvarın 18-də Uzaq Şərq ərazisində səhər saat 08.07-də dəniz sahilinə yaxın ərazidə baş verib.

Katapult edən pilotlar tapılıb.

Qeyri-rəsmi mənbələr qəzanın ekipajın səhvi səbəbindən baş verdiyini bildiriblər.

Rusiyanın Müdafiə Nazirliyi qəzanı təsdiqləyib. Nazirlik bildirib ki, hadisə Yapon dənizi üzərində təlim-məşq uçuşu zamanı təyyarələrin bir-birinə toxunması nəticəsində baş verib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Zülfiyyə Qurbanova
BAKU.WS