VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Altı aydır həbs cəzası çəkən Adnan Oktar dövlət başçısı Rəcəb Tayyib Ərdoğana məktub yazıb.

BAKU.WS
 Türkiyə mətbuatına istinadən xəbər verir ki, mütəşəkkil təşkilat yaratmaq və cinsi istismar maddələri ilə günahlandırılan Oktar məktubunda saxlanma şəraitindən şikayət edib.


O, özünün saxlanıldığı Edirnə həbsxanasını Ərdoğanın 14 il əvvəl 4 ay həbsdə qaldığı Pınarhisar həbsxanası ilə müqayisə edib: "İndiki həbsxana şərtləri o vaxtlar "Pınarhisar"dakı mövcud şərtlərin yüzdə 10-u qədər belə deyildir”.


Oktarın şikayətçi olduğu başqa bir məqam isə məhbusların eyni yataqda yatmasıdır: "80 min məhbusun olduğu həbsxanada 40 min yataq olduğundan məhbuslar eyni yataqda yatmaq məcburiyyətindədir".


Oktar dövlət başçısını məsələyə təcili surətdə müdaxilə etməyə çağırıb: "Hörmətli prezidentimizdən şəfqətini həbsxanalardakı məzlum vətəndaşlarından əsirgəməməsini istəyirik"!


Oktar Ərdoğanla bərabər bir neçə dövlət qurumuna məktub göndərərək həbsxana şəraitinin yaxşılaşdırılmasını tələb edib.


BAKU.WS