SİZİN REKLAM BURADA!
055 213 76 73




İspaniyanın Milli Arxeologiya Muzeyi burada saxlanılan qədim Misir mumiyalarının skanlanmasının nəticələrini açıqlayıb. 

BAKU.WS
 ria.ru-ya istinadən xəbər verir ki, “El Pais” qəzetinin məlumatına görə, mumiyalar 2016-cı ildə ekspertizaya göndərilib. 


Mumiyaları həkimlərin diaqnoz qoyduqları cihazlarla yoxlayıblar. Ən müəmmalı mumiyalardan birinin sirri açılıb. Həmin mumiyanı 1925-ci ildə Qahirədə alim İqnasio Bauer əldə edib və Barselonaya aparıb.


İndiyədək mumiyanın qadına məxsus olduğu güman edilib. Tomoqrafik analiz nəticəsində məlum olub ki, ləl-cəvahiratla örtülmüş mumiya əslində kişiyə aid olub. Tədqiqatçıların fikrincə, Nespomed çox zəngin olub.


Tədqiqatçıların fikrincə, bu, Nespamed adlı kahinə məxsusdur. O, həmçinin firon II Ptolomeyin göz həkimi olub.


BAKU.WS