SİZİN REKLAM BURADA!
055 213 76 73



Dünyanın ən zəngin adamı olan "Amazon" şirkətinin yaradıcısı Ceff Bezos 25 illik həyat yoldaşı MacKenzie Bezosdan boşanır.

BAKU.WS
 xəbər verir ki, bu barədə 54 yaşlı milyarder "Twitter" hesabında məlumat verib.

"Uzun zaman davam edən sevgi macərasından sonra boşanmağa və həyatımıza dost olaraq davam etməyə qərar verdik. Bir-birimizi tanıdığımız üçün olduqca şanslıyıq. 25 il əvvəl ayrılacağımızı bilsəydik, yenə evlənərdik", - deyə Ceff Bezos bəyan edib.



1993-cü ildə evlənən cütlüyün 4 uşağı var. Uşaqlardan birini Çində övladlığa götürüblər. "Forbes" jurnalının reytinq cədvəlinə görə, Ceff Bezos 160 milyard dollarlıq sərvətlə dünyanın ən zəngin iş adamıdır.

Ceff Bezos Yer kürəsində gəliri 100 milyardı ötən yeganə insandır.

BAKU.WS