VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Norveçin ən zəngin insanlarından olan milyonçu Tom Hagenin həyat yoldaşı oğurlanıb.

BAKU.WS
 xarici mətbuata istinadən xəbər verir ki, milyonçunun 68 yaşlı arvadı Anna Yelizabet Falkevik Hagen ötən ilin 31 noyabr tarixində yaşadığı evdən qaçırılıb.

Qadının axtarışına nəinki polis, həmçinin kriminal polis, Avropol və İnterpol qoşulsa da 3 aydır heç bir məlumat əldə edilməyib.

Cinayətkarlar yalnız bu günlərdən qadını geri qaytarmaq üçün milyonçudan 9 milyon avro dəyərində kriptovalyuta tələb ediblər və işə polis qarışarsa girovu öldürəcəkləri ilə hədələyiblər.

Buna baxmayaraq T.Hagen polisi məlumatlandırıb. Polis ailəyə tələbi yerinə yetirməməsini məsləhət görüb.  

Qeyd edək ki, Tom Hagen Norveçin ən zəngin insanları siyahısında 172-ci sıradadır.

BAKU.WS