Gürcüstanda ərzaq və digər gündəlik tələbat mallarının qiyməti artmaqda davam edir.

“AzərTAc” xəbər verir ki, 2018-ci ilin dekabr ayında Gürcüstanda çörək və çörək məmulatlarının qiyməti 5,9 faiz bahalaşıb. Bununla yanaşı, digər ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 2,3 faiz, meyvə-tərəvəzin qiyməti 5,6 faiz, süd, pendir və yumurtanın qiyməti 2,8 faiz, balığın qiyməti 2,4 faiz, meyvə və üzümün qiyməti isə 1,7 faiz artıb.

Gürcüstan Milli Statistika İdarəsinin məlumatına görə, ölkədə yağın qiymətində 1,6 faiz, kofe, çayın qiymətində isə 1 faiz ucuzlaşma qeydə alınıb.

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ