SİZİN REKLAM BURADA!
055 213 76 73




Almaniyada 40 yaşlı qadın evini, avtomobilini deyil, ərini satmaq qərarına gəlib.

BAKU.WS
xarici mətbuata istinadən xəbər verir ki, o, 7 illik ərini məşhur alış-veriş saytı "eBay"da satışa çıxarıb.


Qadın bu addımını həyat yoldaşının davranışlarından bezməsi ilə əlaqələndirib: "Bezdim, bir-birimizə aid olmadığımızı anladım".


"İstifadə edilmiş ər" yarlığı ilə elan verən arvad, ərinə 18 avro qiymət qoyub. Qadın ərindən o dərəcədə bezib ki, aldıqdan sonra geri qaytarılmamaq şərtilə qiymətdə razılaşmaya hazır olduğunu qeyd edib.


Elanı ilə Almaniyada günün ən çox müzakirəyə səbəb olan mövzusuna çevrilən qadın, bunu əyləncə məqsədilə etdiyini deməklə özünü müdafiə edib.


BAKU.WS