VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Rusiyanın paytaxtı Moskvada SSRİ xalq rəssamı Tahir Salahovun rəssam və qalereyaçı qızı Aydan Salahovanın atasının rəsmləri oğurlanıb.

BAKU.WS-in Rusiya mətbuatına istinadən məlumatına görə, dələduzlar A. Salahovanın atasının iki sənət əsərini oğurlayıblar. Hazırda rəsmlərin ümumi dəyəri qiymətləndirilir.

Məlumatda qeyd edilir ki, A. Salahova ötən il tanımadığı dilerlərlə atası Tahir Salahovun iki sənət əsərinin satışı ilə bağlı razılığa gəlib. Dilerlər sənət əsərlərini götürdükdən sonra Salahova ilə əlaqəni kəsiblər.

A. Salahova artıq aidiyyatı orqanlara şikayət ərizəsi ilə müraciət edib. Dələduzların axtarışlarlarına başlanılıb.

Hüseyn Məmmədsalahov
BAKU.WS

Tahir Salahov

Tahir Salahov və Aydan Salahova