SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyənin Iğdır şəhərində dəhşətli ailə faciəsi baş verib. Qeyri-rəsmi nikahla yaşadığı qadını öldürən ər özü də intihar edib.


BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Şıraçı kəndində baş verib.

Belə ki, Azərbaycan əsilli, iki uşaq anası olan Heyran Hüseynova həyat yoldaşı Taner Parlar tərəfindən öldürülüb. Taner Heyrana tapançadan atəş açıb, daha sonra isə özü də intihar edib. 

Hadisə yerində aparılan araşdırmalardan sonra ər və arvadın cəsədləri Ərzurum Ədliyyə İdarəsinin morquna aparılıb.

BAKU.WS