Dağıstanın rəhbəri Vladimir Vasilyevin göstərişi ilə Həbib və Abdulmanap Nurməhəmmədovlar yüksək idman nailiyyətlərinə görə mükafatlara layiq görülüblər.
BAKU.WS-in Rusiya mətbuatına istinadən məlumatına görə, Həbib Nurməhəmmədov respublikanın ən ali - "Dağıstan Respublikasına xidmətlərinə görə" mükafatına layiq görülüb.
Onun atası və məşqçisi Abdulmanap Nurməhəmmədov isə "Dağıstan Respublikasında fiziki tərbiyə və idman sahəsində xidmətlərinə görə" medalı ilə təltif edilib.
Hüseyn Məmmədsalahov
BAKU.WS