VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ermənistan Milli Məclisi ikinci dəfə Paşinyanı ölkənin baş naziri seçməyib.

BAKU.WS erməni mətbuatına istinadən xəbər verir ki, noyabrın 1-də keçirilən xüsusi iclasa cəmi 13 deputat  qatılıb. Onlardan heç biri Paşinyanın lehinə və ya əleyhinə səs verməyib. Baş nazirin seçilməsi üçün isə 53 səs lazımdır. 

Xatırladaq ki, Paşinyan oktyabrın 16-da vəzifəsindən istefa verib və əsas məqsədi dekabrda erkən parlament seçkilərinin keçirilməsinə nazil olmaqdır.

Konstitusiyaya görə, ikinci dəfə baş nazir seçmək mümkün olmursa parlament buraxılır. Yaxın gələcəkdə, erkən seçkilərin rəsmi tarixi məlum olacaq.

BAKU.WS