SİZİN REKLAM BURADA!
055 213 76 73



Dünən İstanbulda dünyanın ən böyük hava limanının açılış mərasimi keçirilib.

BAKU.WS xəbər verir ki, 76,5 milyon kvadratmetrlik (7650 hektar) ərazini əhatə edən yeni aeroportun birinci hissəsinin tikintisinə 6 milyard avro sərmayə qoyulub.

Bu hissə İstanbul aeroportunun tikintisinin 2028-ci ilədək tamamlanması nəzərdə tutulur. Aeroport tam istifadəyə verildikdən sonra hər gün 2 min təyyarə qəbul edəcək və yola salacaq.

350 istiqamətə uçuşları həyata keçirəcək hava limanı il ərzində 90 milyon, gələcəkdə isə 150 milyon sərnişinə xidmət göstərəcək.

İstanbul hava limanı dünyanın 250 aviaşirkətinə xidmət göstərəcək.

Mərasimdə hava limanında sərnişinlərin rahatlığı və təhlükəsizliyi üçün bütün texniki imkanların tətbiq olunduğu bildirilib.

BAKU.WS