SİZİN REKLAM BURADA!
055 213 76 73



Avropa İnsan Haqları Məhkəməsi (AHİM) Məhəmməd peyğəmbərin təhqir edilməsinin ifadə azadlığı olmadığı barədə qərar çıxarıb.

BAKU.WS
 Türkiyə mətbuatına istinadən xəbər verir ki, 47 yaşlı Avstriya vətəndaşının 2009-cu ildə Həzrəti Məhəmmədə qarşı istifadə etdiyi təhqir dolu ifadələrin İnsan Haqları Müqaviləsinin düşüncə azadlığı ilə bağlı 10-cu maddəsi çərçivəsində dəyərləndirilməyəcək.


AHİM gəldiyi qənaət belədir; istifadə edilən ifadələr mübahisə sərhədini aşıb və Məhəmməd peyğəmbərə qarşı hücum aktı kimi dəyərləndirilib. Eyni zamanda, bu cür davranışlar Avstriyada dini azadlığa zərbədir.


Xatırladaq ki, avstriyalı 2009-cu ildə "İslamın təməl ünsürləri" adlı seminarda çıxış edərkən Məhəmməd peyğəmbərin ünvanına təhqiramiz ifadələr işlətmişdi. 2011-ci ildə yerli məhkəmə həmin şəxsi dini inancı təhqir ittihamı ilə 480 avro məbləğində cərimələmişdi. Cəzaya etiraz edən şəxs Ali Məhkəməyə müraciət etmişdi. Amma bu məhkəmə instansiyası da onun etirazını qəbul etməmişdi. Bundan sonra həmin şəxs Avropa İnsan Haqları məhkəməsinə üz tutmuşdu.


BAKU.WS