VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Böyük Britaniya jurnalist Camal Haşoqqinin qətlində şübhəli bilinən şəxslərin vizalarını ləğv edəcək".

BAKU.WS
 Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Tereza Mey bildirib.

Qeyd edək ki, Camal Haşoqqi oktyabrın 2-də Baş Konsullğun binasında öldürülüb. Camal Haşoqqinin paltarını geyinmiş və gözlüyünü taxmış bir nəfərin Baş Konsulluqdan çıxarılması səhnəsini quraşdırmaqla Səudiyyə Ərəbistanı jurnalistin diplomatik missiyadan çıxdığını beynəlxalq ictimaiyyətə sırımaq istəyib. Bununla da Camal Haşoqqinin itkin düşməsi məsələsində Türkiyəni ittiham etməyi planlaşdırıbmış.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 23-də Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının toplantısında bu barədə çıxış edib.

BAKU.WS