Ermənistan parlamenti bu gün keçirilən xüsusi iclasında baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın hökumət başçısı postuna namizədliyini qəbul etməyib.


BAKU.WS Ermənistan KİV-nə istinadən xəbər verir ki, spiker Ara Babloyan qeyd edib ki, onun gözlədiyi kimi, deputatların heç biri onun namizədliyini dəstəkləməyib.


Belə ki, 34 deputat iclasa gəlməyib, 11 deputat bitərəf qalıb, 1 deputat isə onun əleyhinə səs verib. 


Paşinyan parlamentin buraxılması üçün daha bir dəfə namizədliyinin dəstəklənməməli olduğunu xatırladıb.


BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ