SİZİN REKLAM BURADA!
055 213 76 73



Az əvvəl sosial şəbəkələrin İran seqmentində səudiyyəli müxalif jurnalist, bu ölkənin İstanbuldakı konsulluğunda vəliəhd şahzadə Muhammed bin-Salmanın cəlladları tərəfindən parçalanaraq öldürülən Camal Qaşaçıya aid olduğu iddia edilən görüntülər yayılıb.

BAKU.WS Virtualaz.org-a istinadən qeyd edir ki, doğranmış cəsəd parçalarının həqiqətən jurnalistin cəsədinə aid olduğu hələlik digər mənbələrdən təsdiqlənməyib. Amma dəhşətli kadrlarda jurnalistin kəsilmiş başının və soyulmuş üz dərisinin əks olunduğu iddia edilir.

Camal Qaşıqçı oktyabrın 2-də sənəd almaq üçün Səduyyə Ərəbistanının İstanbuldakı konsulluğuna daxil olub və bir daha çıxmayıb. Qərb mənbələri onun cəlladlar tərəfindən işgəncə ilə öldürüldüyünü və cəsədinin elektrikli mişarla doğrandığını bildirir.

BAKU.WS