SİZİN REKLAM BURADA!
055 213 76 73



Rusiya prezidenti Vladimir Putin MDB ölkələrinin Düşənbədə keçirilən sammitində sənədlərin imzalanması mərasimi zamanı "Yevgeni Onegin" romanını mütaliə edib.

BAKU.WS
Rusiya KİV-ə istinadən xəbər verir ki, Putin əvvəlcə kitabı özündən sol tərəfə qoyub, lakin bir nеçə sənədi imzaladıqdan sonra yenidən Puşkinin əsərini əlinə alıb, bir neçə səhifə oxuyub.

Yeni sənədləri gətirildikdə, prezident öz imzasını qoyub və kitabı açıb, mütaliəsinə geri dönüb.

Mərasim başa çatdıqdan sonra Moldova dövlət başçısı İqor Dodon onun yanına əyləşərkən, Putin "Yevgeni Onegin"i bir kənara qoymalı olub.

Rusiya lideri masadan qalxdıqda kitabı özüylə götürüb.

Zülfiyyə Qurbanova
BAKU.WS