VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Türkiyənin Antiinhisar komitəsi “Google” şirkətini 93 milyon lirə (15 milyon dollara yaxın) məbləğində cərimələyib.

BAKU.WS-in məlumatına görə, bu qərar mobil qurğular üçün proqram təminatının satışı sahəsində rəqabət qaydalarının pozulması ilə bağlı qəbul edilib.

Qeyd olunur ki, bununla əlaqədar olaraq “Google”, “Google İnternational” və “Google Reklamcılık” şirkətləri cərimələnib. Bu şirkətlərə altı ay ərzində qayda pozuntularını aradan qaldırmaq və bazarda səmərəli rəqabət qabiliyyətliliyini bərpa etmək tapşırılıb.

BAKU.WS