SİZİN REKLAM BURADA!
055 213 76 73



ABŞ Rusiyanı Suriyaya zərbə endirəcəyi barədə xəbərdar edib.

BAKU.WS
xəbər verir ki, "Bloomberg" nəşrinin yazdığına görə, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton Cenevrədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə keçirilən görüşündə bildirib.

O, Bəşər Əsəd hökumətinin ölkədə kimyəvi silah tətbiq edəcəyi təqdirdə Vaşinqtonun növbəti dəfə Suriyaya zərbə endirməyə hazırlaşdığını bildirib.

Bildirilir ki, əgər bu baş verərsə, ABŞ Əsəd hökumətinə "daha güclü hərbi hərəkətlərlə" cavab verəcək. Burada söhbət Birləşmiş Ştatların 2017 və 2018-ci illərdə Suriya obyektlərinə endirdiyi aviazərbələrdən gedir.

BAKU.WS