VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Dünyada ən ucuz mobil rabitə Şri-Lankadadır.

"Report" "Vesti-Finance" nəşrinə istinadən xəbər verir ki, bu ölkədə mobil telefonla danışanlar ayda orta hesabla 0,97 dollar xərc çəkirlər.

Aylıq mobil rabitə xərclərinin azlığına görə növbəti sıralarda Banqladeş (1,42 dollar) və İran (2,01 dollar) qərarlaşıb.

Siyahıda həmçinin Nepal, Pakistan, Hindistan, Butan, Monqolustan, Efiopiya və Sudan da var. Bu ölkələrdə mobil rabitə xərci ayda 2-3 dollar arasındadır.

BAKU.WS